Moskvada COVID-19-a yoluxma sayı 660 mini keçib

Moskvada COVID-19-a yoluxma sayı 660 mini keçib
# 09 dekabr 2020 05:46 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 75 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 9571-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 660 073 insanda koronavirus aşkar olunub, onlardan 5232-si son sutka ərzində bu virusun daşıyıcısına çevrilib, daha 501 403 xəstə isə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR