Moskvada MDB XİN başçıları Şurasının iclası keçiriləcək

Moskvada MDB XİN başçıları Şurasının iclası keçiriləcək
  • Clock-gray 12:25
  • calendar-gray 26 Mart 2021

Aprelin 2-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirlərinin Şurasının iclası keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, XİN başçıları Şurasının iclasının gündəliyinə MDB çərçivəsində əməkdaşlığın əsas istiqamətləri daxil edilib: “Nazirlər beynəlxalq mövzular barədə fikir mübadiləsi aparacaqlar. MDB çərçivəsində çoxplanlı əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, o cümlədən hüquq-mühafizə orqanları və humanitar sahələrdə əməkdaşlığı müzakirə edəcəklər. Böyük Vətən müharibəsinin başlanmasının 80-ci ildönümü ilə əlaqədar XİN başçıları MDB dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciət layihəsinə baxacaqlar. İclasının yekununda qəbul olunacaq sənədlər bu ilin 28 may tarixində Minskdə keçiriləcək MDB dövlətləri hökumət başçılarının Şurasına və eyni zamanda 15 oktyabr tarixində keçiriləcək MDB dövlət başçıları Şurasının iclasına təsdiq olunmaq üçün göndəriləcək”.

M. Zaxarova MDB XİN başçılarının Şurası çərçivəsində keçirilməsi planlaşdırılan görüşlərdən də danışıb: “Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə söhbəti planlaşdırılır. Əgər bu məzmunda əlavə tədbirlər ortaya çıxsa, həmin tədbirlər barədə sizi məlumatlandıracağıq”.

Fərid Əkbərov

Digər xəbərlər