Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş paradın ləğv edilməsinin mümkünlüyü müzakirə olunur

Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş paradın ləğv edilməsinin mümkünlüyü müzakirə olunur
  • Clock-gray 14:56
  • calendar-gray 25 Mart 2020

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunan 9 May paradının ləğv edilməsinin mümkünlüyü müzakirə olunur, lakin hələlik bu barədə qərar qəbul edilməyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, paradın keçirilməsinin mümkünlüyü və formatı barədə qərar epidemioloji vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq qəbul olunacaq.

Fərid Əkbərov

Digər xəbərlər