Moskvada daha 74 nəfər koronavirusun qurbanına çevrilib

Moskvada daha 74 nəfər koronavirusun qurbanına çevrilib
# 19 dekabr 2020 02:55 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 74 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 317-yə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 722 178 insanda (son sutkada 6937 nəfər) koronavirus aşkar olunub, daha 557 028 nəfər isə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR