Moskvada daha 76 nəfər koronavirusdan ölüb

Moskvada daha 76 nəfər koronavirusdan ölüb
# 07 dekabr 2020 04:06 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 76 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 9425-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 647 562 insanda koronavirus aşkar olunub, daha 490 844 xəstə isə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR