Moskvada koronavirusa yoluxanların sayı 300 mini ötüb

Moskvada koronavirusa yoluxanların sayı 300 mini ötüb
# 04 oktyabr 2020 07:34 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 29 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5343-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 300 613 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 2884 nəfər təşkil edib. Ümumilikdə 252 087 xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR