Moskvada koronavirusdan daha 12 nəfər ölüb

Moskvada koronavirusdan daha 12 nəfər ölüb
# 10 aprel 2020 03:10 (UTC +04:00)

Ötən gün Moskvada koronavirusdan daha 12 nəfər ölüb. Ölənlər 33-87 yaş aralığında olanlardır. Onlardan 3 nəfərinin yaşı isə 45-dən aşağıdır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə koronavirusla əlaqəli vəziyyətə nəzarət edən Əməliyyat Qərargahının məlumatında bildirilib.

Bununla da, Moskvada koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb: "Ölənlərin ikisində - 39 və 42 yaşlı xəstələrdə kəskin ürək və qaraciyər çatışmazlığı olub. Dörd xəstə isə xroniki bronxitdən əziyyət çəkirdi”.

Qeyd edək ki, son məlumatlara görə, Rusiyada ümumilikdə koronavirusa 10 131 yoluxma qeydə alınıb. Onlardan 698 nəfəri sağalıb. Ən çox yoluxma Moskvada olub - 6698 nəfər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR