Moskvada son sutkada 12 koronaviruslu xəstə ölüb

Moskvada son sutkada 12 koronaviruslu xəstə ölüb
# 07 avqust 2020 02:45 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 12 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4546-ya çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 245 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə 186,3 mindən çox xəstə sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR