Moskvada son sutkada koronavirusdan 58 nəfər dünyasını dəyişib

Moskvada son sutkada koronavirusdan 58 nəfər dünyasını dəyişib
# 10 may 2020 02:14 (UTC +04:00)

Moskvada son sutka ərzində koronavirusdan 58 nəfər ölüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, ölən bütün xəstələrdə eyni zamanda sətəlcəm diaqnozu da müəyyən olunub.

Paytaxtda təsdiqlənmiş koronavirusdan ölənlərin ümumi sayı 1068 nəfərə çatıb.

Xatırladaq ki, Rusiyada ümumilikdə 198 676 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 31 916 nəfəri sağalıb. Yeni virusun qurbanlarının ümumi sayı isə 1827 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR