Moskvada son sutkada koronavirusdan 58 nəfər ölüb

Moskvada son sutkada koronavirusdan 58 nəfər ölüb
# 14 may 2020 02:00 (UTC +04:00)

Moskvada son 24 saat ərzində koronavirusa yoluxan xəstələrdən 58 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Moskvada koronavirusdan ölənlərin sayı 1290 nəfərə çatıb.

Ölənlərdə eyni zamanda sətəlcəm diaqnozunun müşahidə edildiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR