Nazir: “Sputnik V “Britaniya ştammı”na qarşı yüksək effektivlik göstərib

Nazir: “Sputnik V “Britaniya ştammı”na qarşı yüksək effektivlik göstərib
# 12 mart 2021 13:53 (UTC +04:00)

“Koronavirusa qarşı “Sputnik V” vaksini tədqiqatlar zamanı virusun “Britaniya ştammı”na qarşı da effektivlik göstərib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

"Mütəxəssislərimiz tərəfindən SARS-CoV-2 virusunun “Britaniya ştammı”na qarşı “Sputnik V” ilə peyvənd olunan könüllülərin qan məhlulun neytrallaşdırıcı fəaliyyəti ilə bağlı tədqiqat aparılıb. Tədqiqatın nəticələrinə görə, “Britaniya ştammı”na qarşı antitellərin səviyyəsi SARS-CoV-2-nin orijinal ştammına qarşı təsirsiz hala gətirilən antikor səviyyəsindən əhəmiyyətli dərəcədə fərqlənmir. Beləliklə, “Sputnik V” vaksini adi ştamma qarşı olduğu kimi, koronavirusun mutasiya olunmuş “Britaniya ştammı”na qarşı da yüksək effektivlik göstərib”, - deyə Rusiyanın səhiyyə naziri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR