Nikol Paşinyan Rusiyada səfərdədir

Nikol Paşinyan Rusiyada səfərdədir
  • Clock-gray 14:21
  • calendar-gray 07 Aprel 2021

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfər edib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazirin mətbuat katibi Mane Qevorkyan “Facebook”da bildirib.

Səfər çərçivəsində N. Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Ermənistanın Baş naziri Rusiya dövlət başçısı ilə ikitərəfli münasibətləri, ticari-iqtisadi əlaqələri, energetika, təhlükəsizlik, strateji investisiyalar və səhiyyə məsələlərini müzakirə edəcək.  

V. Putin və N. Paşinyan Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrasına dair də fikir mübadiləsi aparacaqlar.

apa-logo-mini

Digər xəbərlər