Nyu-Yorkda restoranların fəaliyyəti qadağan edilib

Nyu-Yorkda restoranların fəaliyyəti qadağan edilib
# 12 dekabr 2020 06:16 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatında koronavirusa yoluxmanın artması səbəbindən restoranların fəaliyyəti qadağan edilib.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun qubernatoru Andryu Kuomo “Twitter” hesabında yazıb.

Qubernator bildirilib ki, müştərilərə yalnız onlayn sifariş əsasında yeməklərin çatdırılmasına icazə verilir.

Kuomo, həmçinin ştatda peyvənd tədarükü məsələsinə də toxunub. Qeyd edib ki, bu həftənin sonu, təxminən 170 000 “Pfizer” şirkətinin istehsal etdiyi koronavirusa qarşı peyvəndin təhvil alınacağı gözlənilir.

Qeyd edək ki, Nyu-Yorkda son sutkada 10 mindən çox yeni virusa yoluxma hadisəsi qeydə alınıb, ümumilikdə isə bu rəqəm 750 min təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR