Özbəkistanda koronavirusa yoluxanların sayı 1582 nəfərə çatıb

Özbəkistanda koronavirusa yoluxanların sayı 1582 nəfərə çatıb
# 20 aprel 2020 14:09 (UTC +04:00)

Özbəkistanda daha 17 nəfərdə yeni növ koronavirusa yoluxma halı aşkarlanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 1582 nəfərdir.

Sağalanların sayı isə 13 nəfər artaraq 225-dən 238-ə yüksəlib, 5 xəstə vəfat edib.

Qeyd edək ki, ölkədə karantin məhdudiyyətləri mayın 10-dək uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR