Paşinyan Baş Qərargah rəisi vəzifəsinə namizədini təsdiqləməsi üçün yenidən prezidentə göndərib - YENİLƏNİB

Paşinyan Baş Qərargah rəisi vəzifəsinə namizədini təsdiqləməsi üçün yenidən prezidentə göndərib - YENİLƏNİB
# 11 mart 2021 18:17 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə namizədini təsdiqləməsi üçün yenidən prezident Armen Sarkisyana göndərib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Ermənistan Nazirlər Kabinetinin aparatına istinadən məlumat yayıb.

***

saat 13:36

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşiyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə namizədi ilə bağlı təklifini geri qaytarıb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” Ermənistan dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, A. Sarkisyan təyinatla bağlı sənədi öz iradları ilə birlikdə hökumətə geri göndərib.

Qeyd edək ki, N. Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə general-leytenant Artak Davtyanın namizədliyini irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR