Putin 60 nəfərə general rütbəsi verib

Putin 60 nəfərə general rütbəsi verib
# 21 fevral 2020 11:03 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin müxtəlif strukturlarda çalışan 60 nəfərə general rütbəsinin verilməsi haqqında Fərman imzalayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, ali rütbə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, İstintaq Komitəsi, Rusiya Qvardiyası, Gömrük Xidməti, Cəzaların İcrası Federal Xidməti, Məhkəmə Nəzarətçiləri Federal Xidmətində müxtəlif vəzifələrdə çalışan şəxslərə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR