Putin Baydeni prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib

Putin Baydeni prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib
# 15 dekabr 2020 11:24 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Co Baydeni ABŞ-da keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kreml məlumat yayıb.

C. Baydenə fəaliyyətində uğurlar arzulayan V. Putin fikir ayrılıqlarına baxmayaraq, Rusiya və ABŞ-ın bir çox problemlərin həllinə töhfə verə biləcəklərinə əminliyini ifadə edib.

Rusiya dövlət başçısı C. Baydenlə qarşılıqlı əməkdaşlığa hazır olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR