Putin hökumətin istefası ilə bağlı fərman imzalayıb

Putin hökumətin istefası ilə bağlı fərman imzalayıb
# 15 yanvar 2020 21:15 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Hökuməti haqqında Fərman imzalayıb və Baş Nazir vəzifələrinin müvəqqəti icrası Dmitri Medvedevə həvalə edilib.

APA xəbər verir ki, dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, fərmanın birinci bəndi kabinetin istefasını elan edir.

“Rusiya Federasiyası Hökuməti Başçısının vəzifələrinin müvəqqəti icrası Dmitri Medvedevə həvalə edilsin. Rusiya Federasiyasının yeni hökuməti qurulana qədər hazırkı hökumətə vəzifələrini icra etmək tapşırılsın”, - deyə sənəddə qeyd olunub.

Fərman imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR