İrəvanda qaldırıcı kranın aşması nəticəsində 3 nəfər ölüb.
"News-Armenia" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, bu gün İərvanda tikinti işləri zamanı qaldırıcı kranın bir hissəsi zədələnərək aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.
Hadisənin digər təfərrüatları araşdırılır.