Putinlə Lukaşenkonun danışıqları zamanı işıq sönüb

Putinlə Lukaşenkonun danışıqları zamanı işıq sönüb
# 07 dekabr 2019 17:59 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putun arasında keçirilən görüş zamanı işıq qəfildən sönüb.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumatına görə, elektrik enerjisinin kəsilməsi iki liderin giriş nitqi bitən ana təsadüf edib.

"Elektrik bitdi”, - deyə V. Putin zarafat edib.

Lukaşenko isə zarafatla “Bunun hamısı Dima Peskovun (Rusiya liderinin mətbuat katibi) işidir, mən bilirəm”, - söyləyib.

Nümayəndə heyətləri gülüşüb və danışıqları davam etdirib.

Qeyd edək ki, Rusiya və Belarus prezidentləri iki ölkə arasında İttifaq Dövlətinin yaranmasının 20 illiyi ərəfəsində Soçidə görüşürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR