Qarabağ müharibəsində döyüş meydanından qaçan erməni komandir həbs edilib

Qarabağ müharibəsində döyüş meydanından qaçan erməni komandir həbs edilib
# 18 mart 2021 14:09 (UTC +04:00)

Qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun batalyon komandirlərindən biri həbs edilib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, batalyon komandiri müharibə vaxtı döyüş meydanını tərk edərək çox sayda hərbi qulluqçunun ölümü, əsir düşməsi və yaralanmasında təqsirləndirilir.

Qeyd olunub ki, İ. Vaqanyan döyüş əməliyyatları vaxtı öz funksiyalarını icra etməyib, özünün birbaşa rəislərinin əmrlərinə tabe olmaqdan imtina edərək döyüş meydanını özbaşına tərk edib. Nəticədə batalyonun şəxsi heyəti itkilər verib.

Faktla bağlı cinayət işi başlanıb, İ. Vaqanyan həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR