Qazaxıstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət bitib.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, hökumət COVID-19 pandemiyasının yayılma dərəcəsindən asılı olaraq şəhər və regionlarda mədudiyyətlərin tədricən qaldırılması barədə göstəriş verib.
Əgər ölkənin regionlarında ardıcıl yeddi gün ərzində COVID-19-un artması 7 faizdən aşağı olarsa, o zaman hökumətin qərarına əsasən, böyük pərakəndə satış mərkəzləri, ofislər, açıq bazarlar, gözəllik salonları və idman salonları kimi müəssisələrin açılmasına icazə veriləcək.
Qeyd edək ki, indiyədək Qazaxıstanda 5126 nəfər virus yoluxub, onlardan 31 nəfər vəfat edib.