Rusiya Ali Məhkəməsi maskadan məcburi istifadənin ləğvi ilə bağlı iddianı təmin etməyib

Rusiya Ali Məhkəməsi maskadan məcburi istifadənin ləğvi ilə bağlı iddianı təmin etməyib
  • Clock-gray 18:08
  • calendar-gray 01 Aprel 2021

Rusiya Ali Məhkəməsi ölkədə koronavirus pandemiyası ilə əlaqədar tibbi maskadan istifadənin ləğv olunması ilə bağlı tələbi rədd edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu gün Rusiya Ali Məhkəməsi müxtəlif regionlardan olan 1500 nəfərin ölkədə tibbi maskadan məcburi istifadənin ləğv edilməsi ilə bağlı kollektiv iddiasına baxıb.

İddiaya görə, maska bir sıra xəstəliklərdən əziyyət çəkənlərin sağlamlığına zərərli olduğundan onun məcburi istifadəsinin ləğv olunması tələb olunub.

Məhkəmədə iddianın qəbul olunmasına qarşı tərəf “Rospotrebnadzor”un nümayəndəsi olub. O, maskadan istifadənin tətbiq olunması normasının ölkənin baş sanitar həkiminin səlahiyyəti çərçivəsində olduğunu və bunun insanların hüquqlarını pozmadığını söyləyib. Dövlət ittihamçısı “Rospotrebnadzor” nümayəndəsinin fikri ilə razılaşıb.

Ali Məhkəmə kollektiv iddianı təmin etməyib.

Fərid Əkbərov

Digər xəbərlər