Rusiya FTX: Tambovda terror aktının qarşısı alınıb

Rusiya FTX: Tambovda terror aktının qarşısı alınıb
# 25 dekabr 2020 11:45 (UTC +04:00)

Rusiyanın Tambov vilayətində terror aktının qarşısı alınıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, FTX tərəfindən Tambovda terror aktının qarşısını alınıb.

Əməliyyat tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb.

Qeyd olunub ki, 17 yaşlı şəxsin kirayələdiyi mənzildən FTX əməkdaşları partlayıcı maddələr, habelə partlayıcı qurğular hazırlamaq üçün lazım olan komponentləri aşkarlayaraq götürüblər.

Saxlanılan şəxs barəsində Rusiya cinayət məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb.

Rusiya İstintaq Komitəsindən isə jurnalistlərə bildirilib ki, saxlanılan şəxs kollec tələbəsi olub. Onun Tambovda yerləşən binalardan birində partlayış törətməyə hazırlaşdığı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR