Rusiya XİN başçısının müavini Ermənistan səfiri ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib

Rusiya XİN başçısının müavini Ermənistan səfiri ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib
# 15 iyul 2020 15:34 (UTC +04:00)

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanla görüşüb.

APA-nın Moskva müxbirinin Rusiya XİN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rudenko Toqanyanla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

"Görüşdə ikitərəfli münasibətlərin aktual məsələləri və regional təhlükəsizlik, Ermənistan-Azərbaycan sərhədindəki hazırkı vəziyyət müzakirə olunub" - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR