Rusiya XİN-in 40-a yaxın əməkdaşı koronavirusa yoluxub, 1 nəfər ölüb

Rusiya XİN-in 40-a yaxın əməkdaşı koronavirusa yoluxub, 1 nəfər ölüb
# 29 iyun 2020 12:39 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 40-a yaxın əməkdaşı yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

“40-a yaxın əməkdaşımız koronavirusa yoluxub. Bir nəfər vəfat edib. Koronavirusdan ölən şəxsin 62 yaşı olub, onun həyat yoldaşı təcili tibbi yardım xidmətində çalışıb və görünür ki, o, xəstəliyi asimptomatik olaraq keçirib”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR