Rusiya Yuxarı Palatasının senatorlarına koronavirusla əlaqədar xarici səfərlər qadağan edilib

Rusiya Yuxarı Palatasının senatorlarına koronavirusla əlaqədar xarici səfərlər qadağan edilib
# 14 mart 2020 12:37 (UTC +04:00)

Rusiya Federal Məclisinin Yuxarı Palatasının senatorlarına koronavirus pandemiyası ilə əlaqədar xarici ölkələrə səfər etmək qadağan edilib.

APA-nın "Sputnik"ə istinadən verdiyi xəbərə görə, bu barədə spiker Valentina Matviyenko bildirib.

Valentina Matviyenkonun sözlərinə görə, koronavirusun sürətlə yayıldığı “təhlükəli” hesab olunan ölkələrin nümayəndə heyətlərinin səfərləri də dayandırılıb.

Qeyd edək ki, dünyada COVID19 virusuna yoluxmuş insanların sayı 140.000-i keçib və 5000-dən çox insan xəstəlikdən ölüb. Virus Çində dekabr ayında ortaya çıxandan bəri artıq 100-dən çox ölkəyə yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR