Rusiya koronavirus əleyhinə üçüncü vaksinin istehsalına başlayıb

Rusiya koronavirus əleyhinə üçüncü vaksinin istehsalına başlayıb
# 25 mart 2021 12:58 (UTC +04:00)

Bu gündən Rusiyanın koronavirus əleyhinə üçüncü vaksini olan KoviVakın rəsmi istehsalına başlanılıb.

APA-nın Moskva müxbirinin Rusiyanın Elm və ali təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Çumakov adına Mərkəz tərəfindən yaradılan KoviVak peyvəndinin istehsalına startı nazir Valeriy Falkov verib.

Beləliklə, üçüncü Rusiya istehsalı vaksin mülki dövriyyəyə buraxılıb

Kovivak vaksini bu ilin fevral ayında dövlət qeydiyyatından keçib.

Qeyd edək ki, ötən ilin avqustun 11-də Rusiya dünyada koronavirus əleyhinə Sputnik V adlanan ilk peyvəndi dövlət qeydiyyatından keçirib. Ötən ilin payızında isə Rusiyada koronavirus əleyhinə ikinci peyvənd, EpiVakkorona dövlət qeydiyyatından keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR