Rusiya məhkəməsi "Twitter"i cərimələyib

Rusiya məhkəməsi "Twitter"i cərimələyib
# 13 fevral 2020 16:03 (UTC +04:00)

Moskva Məhkəməsi "Twitter"i 4 milyon rubl (63 min ABŞ dolları) məbləğində cərimələyib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, məhkəmə ABŞ-ın "Twitter" kompaniyasını rusiyalı istifadəçilərin şəxsi məlumatları olan serverləri Rusiyaya gətirməkdən imtina etməsinə görə cərimələyib.

"ABŞ-ın Kaliforniya ştatında qeydiyyatda olan xarici hüquqi şəxs "Twitter Inc" inzibati cinayət törətməkdə təqsirkar bilinərək 4 milyon rubl məbləğində cərimələnsin”, - deyə məhkəmənin hökmündə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR