Rusiya paytaxtında baş vermiş partlayış zamanı 5 nəfər xəsarət alıb

Rusiya paytaxtında baş vermiş partlayış zamanı 5 nəfər xəsarət alıb
# 27 mart 2021 02:43 (UTC +04:00)

Rusiya paytaxtında, Yeni Moskvada yaşayış sahəsində fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində beş nəfər – dörd kişi və bir uşaq xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Moskva üzrə Baş istintaq idarəsinin nümayəndəsi Yuliya İvanova bildirib.

“İstintaqa görə, 26 mart 2021-ci il tarixində Yeni Moskvanın Moskovski qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz partlayışı baş verib və daha sonra yaşayış evinin damı çöküb. Nəticədə , dörd kişi və bir uşaq yaralanıb, onların hamısı lazımi tibbi yardım və müayinə üçün xəstəxanaya yerləşdirilib”, - məlumatda belə deyilir.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR