Rusiya və Suriya XİN başçıları görüşüb

Rusiya və Suriya XİN başçıları görüşüb
  • Clock-gray 14:15
  • calendar-gray 17 Dekabr 2020

Rusiyanın xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Faysal Mekdadla görüşüb.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, görüş Suriya XİN başçısının Moskvaya səfəri çərçivəsində baş tutub.

Nazirlər ikitərəfli əlaqələri, Suriya böhranının həlli, Yaxın Şərq və Şimali Afrika regionundakı vəziyyət də daxil olmaqla, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Qeyd edək ki, bu Faysal Mekdadın Suriya xarici işlər naziri kimi Rusiyaya ilk səfəridir. O, bundan öncə Tehrana səfər edib.

Zümrüd Paşkin

Digər xəbərlər