Rusiya xarici ölkələrlə hava nəqliyyatını iki mərhələdə bərpa edəcək

Rusiya xarici ölkələrlə hava nəqliyyatını iki mərhələdə bərpa edəcək
# 09 iyul 2020 13:32 (UTC +04:00)

Rusiya digər ölkələrlə hava nəqliyyatını iki mərhələdə bərpa edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə koronavirusun yayılmasına qarşı mübarizə aparan operativ qərargah qərar qəbul edib.

Hələlik detallar açıqlanmayıb.

Qeyd edək ki, COVID-19 pandemiyasına görə Rusiya hökuməti martın 27-dən digər ölkələrə müntəzəm və çarter reyslərini dayandırıb. İstisna olaraq bu müddət ərzində yük, poçt, sanitar və humanitar reyslər, eləcə də vətəndaşların ölkələrinə geri qaytarılması üçün xüsusi reyslər yerinə yetirilir.

Xatırladaq ki, operativ qərargahın açıqladığı son statistik məlumatlara görə, Rusiyada koronavirusa yolxunanların sayı 707 301 nəfərə çatıb. İndiyə kimi bu virusdan ölənləri sayı 10 643 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR