Rusiyada COVID-19-a yoluxanların sayı 3 050 248 nəfərə çatıb

Rusiyada COVID-19-a yoluxanların sayı 3 050 248 nəfərə çatıb
# 27 dekabr 2020 12:06 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 28 284 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 050 248 nəfərə çatıb.

Son sutka ərzində 552 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 54 778 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR