Rusiyada COVID-19-dan ölənlərin sayı 94 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 94 mini ötüb
# 19 mart 2021 12:13 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9 699 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 437 938 nəfərə çatıb.

Son sutka ərzində 443 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 94 267 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR