Rusiyada baş vermiş yanğın zamanı 4 nəfər ölüb

Rusiyada baş vermiş yanğın zamanı 4 nəfər ölüb
# 18 yanvar 2021 08:18 (UTC +04:00)

Rusiyanın Petrozavodsk şəhərində mənzildə baş vermiş yanğın zamanı, biri uşaq olmaqla, dörd nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

“İstintaqın nəticələrinə görə, yanvarın 17-də Petrozavodskdakı yaşayış binasının mənzillərindən birində yanğın baş verib. Yanğın söndürüldükdən sonra orada iki qadının və bir kişinin cəsədləri tapılıb. Bundan başqa, iki kişi və üç yaşlı bir uşaq hadisə yerindən təxliyə olunub. Göstərilən yardımlara baxmayaraq, uşaq xəstəxanada ölüb”, - qurumun məlumatında belə ​​deyilir.

Hazırda hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR