Rusiyada baş vermiş yanğında 3 nəfər ölüb

Rusiyada baş vermiş yanğında 3 nəfər ölüb
# 23 fevral 2021 05:43 (UTC +04:00)

Rusiya ərazisində, Saxa (Yakutiya) Respublikasının Nyurba şəhərində çoxmənzilli binada baş vermiş yanğın zamanı üç nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Rusiya FHN-in Saxa üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Əraziyə gələn yanğınsöndürənlər binadan huşsuz vəziyyətdə üç nəfəri çıxararaq, təcili tibbi yardım xidmətinə təhvil veriblər. Ancaq həkimlərin yardımlarına baxmayaraq, 1973, 1976 və 1989-cu il təvəllüdlü üç vətəndaş dünyasını dəyişib”, - məlumatda belə deyilir.

Bildirilir ki, hadisə Nyurba rayonu, Nyurba şəhərində ikimərtəbəli ağac binada meydana gəlib. Yanğının 30 kv/m ərazini əhatə etdiyi qeyd olunub. Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR