Rusiyada bir sıra ərzaq məhsullarının qiyməti bahalaşıb

Rusiyada bir sıra ərzaq məhsullarının qiyməti bahalaşıb
  • Clock-gray 07:13
  • calendar-gray 18 Fevral 2021

Rusiyada 2021-ci il fevralın 9-dan 15-dək bir sıra ərzaq məhsullarının qiyməti bahalaşıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosstat”ın məlumatında bildirilib.

Qeyd edilib ki, tərəvəzlərin qiyməti 1,7%, toyuq əti 1,4%, marqarin 0,9% artıb.

Bundan başqa, meyvə və tərəvəz məhsulları da orta hesabla 1,7% bahalaşıb,. Xiyarın 3,6%, kartofun 2%, pomidorun 1,7%, yerkökünün 1,6%, soğanın və almanı 1,1%, ağ kələmin 1% bahalaşması müşahidə edilib. 

“Rosstat” bir həftə ərzində dondurulmuş balıqların qiymətlərinin 0,5%, eləcə də hisə verilmiş kolbasanın, sosiska, sardelka, uşaq qidası üçün konservləşdirilmiş ət və pendirin qiymətinin 0,3% artdığını bildirib. 

Buğda, çörək və çörək məhsullarında da qiymət artımı baş verib. 

I və II dərəcəli un, makaron, uşaq qidası üçün quru süd qarışıqları 0,2%, mal əti, donuz əti, quzu, ət konservi, xama , yağlı kəsmik, çovdar çörəyi, uşaq qidası üçün konservləşdirilmiş tərəvəzlər, vermişel və xörək duzu 0,1%, günəbaxan yağı orta hesabla 0,1%, toyuq yumurtası orta hesabla 0,9% bahalaşıb.

Federasiyasının beş subyektində qiymətlər dəyişməyib. Yeddi bölgədə qiymətlər 0,1-9,4% enib. 21 şeçiddə məhsulların qiymətləri dəyişməyib. Eyni zamanda, 29 subyektdə günəbaxan yağı qiymətləri 0,1-1,3% azalıb.

“Rosstat”a görə, həmçinin, bir həftədə darı, şokoladlı şirniyyat və araq 0,2%, uşaq qidası üçün konservləşdirilmiş meyvə və giləmeyvə, qara çay və karamel 0,1% ucuzlaşıb.

Kərə yağı, süd, buğda unu, qarabaşaq yarması, düyü və peçenyenin qiymətləri dəyişməyib.

 

apa-logo-mini

Digər xəbərlər