Rusiyada daha 28 080 nəfər COVID-19-a yoluxub

Rusiyada daha 28 080 nəfər COVID-19-a yoluxub
# 13 dekabr 2020 12:28 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 28 080 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 2 653 928 nəfərə çatıb.

Son sutka ərzində 488 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 46 941 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR