Rusiyada daha 9445 nəfər koronavirusa yoluxub

Rusiyada daha 9445 nəfər koronavirusa yoluxub
# 09 mart 2021 12:03 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9445 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 342 474 nəfərə çatıb.

Son sutka ərzində 336 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 89 809 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR