Rusiyada kişi keçmiş arvadını uşaqlarının gözü qarşısında güllələyib

Rusiyada kişi keçmiş arvadını uşaqlarının gözü qarşısında güllələyib
# 27 noyabr 2020 01:26 (UTC +04:00)

Rusiyanın Kalininqrad şəhərində silahlı insident baş verib. Şəhər sakini olan kişi keçmiş arvadına odlu silahla səkkiz atəş açıb. Bundan sonra o, Çernışevski küçəsindəki yaşayış binalarından birində intihar edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə RF-in bölgə üzrə İstintaq Komitəsindən jurnalistlərə bildirilib.

“İlkin məlumatlara görə, 37 yaşlı kişi 35 yaşlı keçmiş arvadını odlu silahla vuraraq öldürüb, bundan sonra intihar edib. İstifadə olunan odlu silah hadisə yerində tapılıb. Departamentin müstəntiqləri hadisə yerində işləyirlər”, - məlumatda belə deyilir.

İstintaq Komitəsindən verilən məlumata görə, hadisə yerində qadının 10 və 4 yaşlarında iki uşağı da olub, ancaq onlar heç bir xəsarət almayıb. Uşaqlar hazırda qadının anasının himayəsinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR