Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatıb

Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatıb
  • Clock-gray 09:24
  • calendar-gray 12 İyul 2020

Rusiyanın Seçenov Universitetində ilk dəfə könüllülər üzərində yeni növ koronavirus (COVİD-19) peyvəndinin sınağı uğurla başa çatıb, insan sağlamlığı üçün təhlükəsiz olduğu müəyyənləşib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Tibbi Translasiya və Biotexnologiya Universitetinin direktoru Vadim Tarasov bildirib.

N. F. Qamalei adına Rusiya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin hazırladığı peyvəndin sınağına iyunun 18-də başlanıb. Könüllülərin ilk qrupu iyulun 15-də, növbəti qrup isə  iyulun 20-də evə buraxılacaq. Tədqiqatların bu mərhələsi peyvəndin insan sağlamlığı üçün təhlükəsizliyini sübut etmək olub.

Könüllülər iki qrupa bölünüb. Birinci qrupa peyvəndin bir dozası, ikinci qrupa iki doza vurulub. İlk gün könüllülərin bədənində hərarət qalxsa da, başqa heç bir neqativ reaksiya müşahidə olunmayıb, könüllülərin hamısı özünü yaxşı hiss edir.

Könüllülər 15 və 20 iyulda evə buraxıldıqdan sağlıq durumları müşahidə olunaraq immunitetlərinin necə olacağı öyrəniləcək. Daha sonra peyvəndin hazırlanması planının növbəti mərhələlərinə başlanacaq.

apa-logo-mini

Digər xəbərlər