Rusiyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb
# 19 noyabr 2020 12:00 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 610 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 015 608 nəfərə çatıb.

Son sutka ərzində 463 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 34 850 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR