Rusiyada koronavirusa yoluxanların sayı 68 622 nəfərə çatıb

Rusiyada koronavirusa yoluxanların sayı 68 622 nəfərə çatıb
# 24 aprel 2020 11:37 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 5849 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVID-19-a yoluxanların sayı 68 622 nəfərə çatıb.

Rusiyada son sutka ərzində 60 nəfərin öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 615 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 5568 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR