Rusiyada koronavirusdan ölənlərin sayı 60 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 60 mini ötüb
# 07 yanvar 2021 12:25 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 541 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 332 142 nəfərə çatıb.

Son sutka ərzində 506 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 60 457 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR