Rusiyada koronavirusdan ölənlərin sayı 70 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 70 mini ötüb
# 26 yanvar 2021 12:16 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 18 241 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 756 931 nəfərə çatıb.

Son sutka ərzində 564 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 70 482 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR