Rusiyada koronavirusdan ölənlərin sayı 72 185 nəfərə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 72 185 nəfərə çatıb
# 29 yanvar 2021 12:46 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 19 238 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 813 048 nəfərə çatıb.

Son sutka ərzində 534 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 72 185 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR