Rusiyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb
# 14 fevral 2021 11:45 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 14 185 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 071 883 nəfərə çatıb.

Son sutka ərzində 430 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 80 126 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR