Rusiyada neft müəssisəsində partlayış olub, iki nəfər ölüb, bir nəfər yaralanıb

Rusiyada neft müəssisəsində partlayış olub, iki nəfər ölüb, bir nəfər yaralanıb
# 22 yanvar 2021 13:16 (UTC +04:00)

Rusiyanın Tatarıstan Respublikasının Sarmanovsk rayonunda yerləşən kiçik neft müəssisələrindən birində partlayış baş verib.

APA-nın “Ria Novosti” yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisənin Bolşoe Nurkeyevo kəndindəki müəssisədə sınaq keçirən zaman baş verdiyi bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. Hadisə baş vermiş müəssisəyə prokurorluq əməkdaşları ezam olunub, yoxlamalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR