Rusiyada növbədənkənar parlament seçkilərinin keçirilməsi təklif olunub

Rusiyada növbədənkənar parlament seçkilərinin keçirilməsi təklif olunub
# 10 mart 2020 13:09 (UTC +04:00)

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski yeni konstitusiyanın qəbulundan sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Dövlət Dumasının plenar iclasından öncə jurnalistlərə açıqlamasında V. Jirinovski ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin lazım olduğunu bildirib.

"Yenilənmiş Konstitusiya apreldə qüvvəyə minsə, yəqin ki, ölkədə Dövlət Dumasına növbədənkənar seçkilərin keçirilməsi lazım olacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Dövlət Dumasında Rusiya prezidenti Vladimir Putinin ölkə konstitusiyasına dəyişikliklərə bağlı qanun layihəsinə ikinci oxunuşda baxılır. Artıq “Vahid Rusiya” partiyası yekdilliklə Konstitusiyaya dəyişiklikləri dəstəklədiyini açıqlayıb. Rusiya parlamentinin aşağı palatası ilk oxunuşda konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsini qəbul edib. Aprelin 22-də ümumxalq səsverməsinin keçirilməsi haqqında qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR