Rusiyada son sutkada 11 534 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 11 534 nəfər koronavirusa yoluxub
# 27 fevral 2021 12:05 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 11 534 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 234 720 nəfərə çatıb.

Son sutka ərzində 439 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 85 743 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR